<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>87</hymn_number>
<lyrics>[V1]
 Rəbbimiz İsaya minnətdar olaq,
 Onun sevgisidir bizi yaşadan.
 Xilaskar kimi Oğlu İsanı
 Göndərdi Göylərdən yerə Yaradan.

[C1]
   Atanın sözünə itaətli olan,
   Çarmıxda əzabla ölməyə razı olan
   Allahın Oğlu İsaya alqış!
   İzzətə layiq İsaya alqış,
   Şöhrətə layiq İsaya alqış!

[V2]
 Rəbb fədakarlıq, sevgi göstərdi,
 Onda yeriyənə sadiqdir O da.
 Əbədi ölümü İsa götürdü,
 Biz günahkarlar yanmayaq odda.

[C2]
   Özünü bizlərə həsr etdiyi tək
   Biz də özümüzü Ona həsr edək.
   İmanda yeriyib Rəbb gələnədək
   Onun hər əmrinə biz əməl edək,
   Rəbb dediyi kimi hamını sevək.

[V3]
 Müqəddəs Ruh ilə hər birimiz
 Əbədi həyatçün möhürlənmişik.
 Müqəddəs İsamız göylərə qalxdı,
 Onun izləriylə yola çıxmışıq.

[C3]
   Bizi öyrədənə, sevənə alqış,
   Əbədi həyatı vəd edənə alqış!
   Allahın Oğlu İsaya alqış!
   Ən ucalarda olana alqış!
   Atanın sağında Olana alqış!</lyrics>
<title>Rəbbimiz İsaya minnətdar olaq İL87</title>
</song>